İnsan gördüyünü düşünür, yoxsa düşündüyünü görür?
Hmmm... Çooox çətin bir sual.
Məncə, düşündüyünü görür.
Biz hər şeyi eyni cür görürük, çünki həyatımız boyu eyni şablonlarla düşünürük. Sadəcə şablonu bir balaca dəyişsək - ooooo! tam yeni bir dünya sərilir önümüzə.
Şablonlardan azad edilmiş düşüncənin adı KREATİV düşüncədir. Yaradıcılıq buradan başlayır.
Sizi kreativ düşünməni öyrənməyə səsləyirəm. Auuu...
***
Deməli, işimiz nə olacaq.
Dünya mediasında belə bir janr var: şəkilaltı yazı.
Şəklə baxırıq və onu TAMAM BAŞQA CÜR YOZARAQ, həmin yozuma uyğun şəkilaltı yazı fikirləşməyə çalışırıq.
Sizin fantaziyanız nə qədər azadır? Nə qədər uzağa uça bilir? İndi görəcəyik.
Çalışın, şəkilaltı yazılar mükün qədər məzəli olsun. Absurd məzə lap əla!
Normal halda bu proses sizə ləzzət eləməlidir. Düşündükcə beyninizin SIRADIŞI, şablondankənar düşünmə qabiliyyətini kəşf edəcəksiniz.
Orijinal düşüncə bundan başlayır!
***
Və unutmayın: insanda olan ən qiymətli hiss - yumor hissidir.